“Amerika Birləşmiş Ştatları Əfqanıstandakı missiyanı dəstəklədiyinə görə Azərbaycana minnətdardır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
Səfir hesab edir ki, ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq qurulub.
“Azərbaycana Əfqanıstandakı dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Ölkə Əfqanıstanı tərk edən və hava limanında kömək göstərən sonunculardan biri oldu”, deyə Litzenberger qeyd edib.
Xatırladaq ki, Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı kontingenti bu il avqustun 26-da Əfqanıstandan çıxarılıb.
Bizim.Media