İran XİN: “Azərbaycanla gərginlik arxada qaldı”

Hazırda oxunan: İran XİN: “Azərbaycanla gərginlik arxada qaldı”

47128

“Tehran-Bakı münasibətləri ilə bağlı yaxşı xəbərlər olacaq”.

Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfərini şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və İran prezidentləri görüşə bilər


“İki ölkənin əlaqələrində mətbuat tərəfindən lazımsız yerə yaradılan və istənilməyən gərginlik hər iki tərəfin ağıllı davranışı ilə geridə qaldı. İki ölkənin əlaqələri yeni mərhələyə qədəm qoyub və səfər bu məqsədlə baş tutmuşdu”, - deyə XİN vurğulayıb.

S. Xətibzadə yaxın həftələrdə müxtəlif səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin