Sabir Rüstəmxanlı: “Paşinyan qəlbən sülhə razıdır” – VİDEO

Hazırda oxunan: Sabir Rüstəmxanlı: “Paşinyan qəlbən sülhə razıdır” – VİDEO

46891

“Düşünürəm ki, Paşinyan problemin sülh yolu ilə həllinə qəlbən razıdır. O başa düşür ki, Zəngəzur dəhlizinin açılması Ermənistana fayda gətirəcək və İrəvan Dağlıq Qarabağı geri qaytara bilməz”

Bizim.Media xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qatıldığı canlı yayımlardan birində qeyd edib. 

Deputatın sözlərinə görə, Paşinyan sülhə razı olsa da, bunu açıq şəkildə ifadə etməkdən çəkinir. Nikolun əsas fobiyası kimi isə, Sabir Rüstəmxanlı ermənilərin terrorçuluq prinsiplərini ön plana çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın ikibaşlı siyasəti: “Rus delimitasiyası” yoxsa “həmsədr sülhü”?


“Ermənilərin köhnə, terrorçu bir prinsipləri var. Yadınızdadırmı, Ermənistan parlamentində kimlər hansı səbəbdən güllələndilər. Yəni, Ermənistanda başqa alternativ variant olmadıqda terrora və təxribata əl atılır. Sabah Paşinyanı da hakimiyyətdən götürə bilərlər”.

Qeyd edək ki, 1998-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan, baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçiyan qanunverici orqanın binasına təşkil olunan terror hücumu nəticəsində qətlə yetirildi. Bu hadisədən sonra, Azərbaycan-Ermənistan dialoqu yenidən “0” nöqtəsinə qayıtdı.

Sabir Rüstəmxanlının son təxribatlar və Ermənistandakı vəziyyətlə bağlı fikirləri ilə videodan geniş formada tanış ola bilərsiniz:

Murad Əhmədov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin