Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışılıb. Ölkələr arasında ikitərəfli səviyyə ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğu ifadə edilib.
C.Bayramov münaqişədən sonra bölgədə mövcud olan reallıqlar, bu xüsusda Rusiyanın oynadığı rolu, üçtərəfli bəyanatların icrası məsələləri ilə bağlı ekspertlərə məlumat verib.
Görüş zamanı nazir Azərbaycan-Rusiya Ekspert Şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.
Bizim.Media