Milli Şura üzvünün evinə "çağırılmamış qonaqlar" niyə gəlib?

Hazırda oxunan: Milli Şura üzvünün evinə "çağırılmamış qonaqlar" niyə gəlib?

46758
Milli Şuranın sədr aparatının üzvü Yeganə Hacıyevanın ailəsi mayın 25-i gecə “çağrılmamış qonaqlar”ın yaratdığı narahatlıqla üzləşib.
Moderator.az xəbər verir ki, bu barədə “azadlıq.info”ya Y.Hacıyevanın öz məlumat verib.
Y.Hacıyeva deyib ki, mayın 25-i saat 23  radələrində onların evinə biri polis, üçü mülki geyimli olmaqla dörd nəfər gəlib. Gələnlər ünvanı onlara Niyaməddin adlı bir nəfərin verdiyini deyiblər. “Guya Niyaməddin atamın yeznəsi imiş və kimlərəsə külli miqdarda pul “atıbmış”. Atamın isə Niyaməddin adlı yeznəsi yoxdur”, - deyə Y.Hacıyevə məlumat verib. 
Y.Hacıyeva əlavə edib ki, atası yaşlı və xəstə insandır. “Çağrılmamış qonaqlar” gələndə yatıbmış, oyanmalı olub. Sonra da halı pisləşib və ailə məcbur qalaraq gecə saat 4-də həkim çağırıb. 
Y.Hacıyeva deyir ki, gələnlər 90 ML755 Nissan Tiana maşınında olublar. Ən maraqlısı, polis mülki geyimlilərin yanında dinməz durub. Gələnlər ev sahibləri ilə 1 saata yaxın söhbət aparıblar. Bu müddətdə ən azı dörd dəfə Ramil adlı bir nəfərlə əlaqə saxlayıb, ona məlumat veriblər. Mənzili tərk edəndə isə “dəqiqləşdirmə üçün” yenidən gələcəklərini söyləyiblər.
Y.Hacıyeva hesab edir ki, ortada heç bir anlaşılmazlıq yoxdur. Polis və mülki geyimlilər ona təzyiq üçün bu addımı atıblar. Məqsəd həm də onun ailəsini təhdid etməkdir.


Müslüm Verdiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin