"Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə! Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev öz Facebook səhifəsində izləyiciləri ilə bölüşüb. Paylaşım qısa müddət ərzində sosial şəbəkə istifadəçiləri arasında sürətlə yayılıb.
O həmçinin bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının 32 illik Azadlıq mübarizəsinin ən parlaq səhifəsidir:
"Gəlin, real mübarizə apardığımız müddəti qısaltmayaq, çünki biz 32 ildir bu yolda şəhid veririk. Bəlkə gələcəkdə yenə şəhidlərimiz olacaq, amma onların qisası heç zaman yerdə qalmayacaq. Zəngəzur dəhlizinin açılması Zəfərimizin bariz nümunəsi olmaqla bərabər, şəhidlərimizin qisasının alınmasının sübutlarından biridir”.
Məsələ ilə bağlı hərbi ekspert ilə əlaqə saxlayıb fikirlərinə aydınlıq gətirməsini istədik.
Bizim.Media-ya danşan Ə.Verdiyev bidirdi ki, detalları mən açıqlaya bilmərəm, səbrli olun.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:25 / 19.11.2021
“Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır!” – Hərbi ekspert AÇIQLADI
Hazırda oxunan: “Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır!” – Hərbi ekspert AÇIQLADI
Hazırda oxunan: “Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır!” – Hərbi ekspert AÇIQLADI
46753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.