Azərbaycan XİN Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim edilmiş bütün ölkələrin COVID-19 vaksinlərinə hərtərəfli çıxışının təmin edilməsi ilə bağlı qətnaməyə verilən dəstəyə görə BMT ölkələrinə minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
BMT İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnaməni QƏBUL ETDİ
“Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş və Baş Assambleyanın qəbul etdiyi “Bütün ölkələrin COVID-19-a qarşı peyvəndlərə ədalətli, əlçatan, vaxtlı-vaxtında və hərtərəfli çıxışının təmin edilməsinə dair” qətnaməni dəstəkləmiş BMT-yə üzv ölkələrə minnətdarlığımızı bildiririk”, - paylaşımda qeyd edilib.
Bizim.Media