“Müharibə başlasa, Zəngəzuru da itirəcəklər”  - Rusiyalı politoloqdan İRƏVANA XƏBƏRDARLIQ

Hazırda oxunan: “Müharibə başlasa, Zəngəzuru da itirəcəklər”  - Rusiyalı politoloqdan İRƏVANA XƏBƏRDARLIQ

46525

Müharibə başlayacağı təqdirdə Ermənistan Zəngəzuru da itirə bilər.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Ermənistanın Azərbaycanla sərhəddə təxribatçı addımlarını şərh edərkən deyib.

O, hesab edir ki, Ermənistan müharibə başlayacağı təqdirdə çox şey itirə bilər.

"Azərbaycan bu iki gündə açıq şəkildə göstərdi ki, erməni tərəfinin "hay-küyü" Ermənistanın Zəngəzuru itirə biləcəyinə də gətirib çıxara bilər. Ermənistan düşünür  ki, Rusiya Azərbaycanın üzərinə gedəcək. Bu, sadəlövh hesabdır. Bu, həm də cinayətkar hesabdır, belə ki, Rusiyanı regiondakı maraqların daxilinə cəlb edir. Rusiya müdaxilə etməyəcək, Ermənistana görə döyüşməyəcək", - politoloq vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin