“Xalq Arzusu” ABŞ səfirinin arzusunu dəstəkləyir...

Hazırda oxunan: “Xalq Arzusu” ABŞ səfirinin arzusunu dəstəkləyir...

46470
“Xalq Arzusu” Hərəkatının mətbuat xidmətindən Moderator.az-a müraciət daxil olub. 

Müraciətdə hərəkat üzvləri son günlər Amerikannın Azərbaycandakı səfirinə qarşı hakimiyyət düşərgəsindən qaynaqlanan hücum qınanılır:

“Xalq Arzusu Hərəkatı hesab edir ki, hakimiyyətin bir müsahibəyə görə Amerikanın səfirinə qarşı az qala “səlib yürüşü”nə başlaması gerçəkdən üzücü və dövlətçilik adına utancverici bir diplomatik rüsvayçılıqdır. Amerikalı səfirin dedikləri əslində ölkədəki mövcud ictimai- siyasi durumu olduğu kimi əks etdirir və heç bir halda bu fikirlər bir ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilməz. Demokratoya və insan hqları nə vaxtdan bir ölkənin daxili işi olub? Görəsən bizim hökumət rəsmiləri doğrudanmı beynəlxalq münasibətlər sistemini və diplomatik etiket qaydalarını bu illər ərzində mənimsəməyiblər? Doğrudanmı onlara elə gəlib ki, səsləndirdiyi fikirlər yalnız səfirin öz subyektiv yanaşmasıdır? Doğrudanmı Azərbaycan dövlətinin xarici siyasətinə cavabdeh olan bəylər elə hesab ediblər ki, səfir Vaşinqtonla razılaşmadan, Dövlət Departamentindən müvafiq təlimat almadan ikitərəfli münasibətlərdə Amerikanı narahat edən məqamları yalnız öz qəlbinin səsiylə dilə gətirib? Əgər belə düşünüblərsə gerçəkdən bu millətin, dövlətin, dövlətçiliyin halına acımağa dəyər... 
Haqlı sual yaranır, ömrünü diplomatiyaya həsr edən, hətta illər uzunu rəsmi Bakıya lobbiçilik edən nüfuzlu bir diplomata qarşı bu cür dözümüsüzlüyün kökündə dayananlar nədir görəsən? Təbii ki, Ukrayna böhranından sonra dünyada yeni oyun qaydalarının formalaşacağı qorxusu və bu zaman balanslaşdırılmış siyasət anlayışının heç nəyə yaramayacağı əndişəsdir. Çünki artıq dünya iki qütbə bölünb və bir tərəfdə azad sözə, insan hüquq və azadlıqlarına hörmət edən dəyərlər sistemi, əks cinahda isə Rusiyanın başçılıq etdiyi totalitar, qanlı avtoritarizm düşərgəsidir. Azərbaycan hakimiyyəti isə bu günədək seçim etmədiyindən bu aralar vurnuxur və özünə yer tapa bilmir. Səfirin bircə açıqlamasına bu cür emosional, allergik reaksiya da məhz bu qərarsızlıqdan qaynaqlanır. 
Amma Xalq Arzusu Hərəkatı belə hesab edir ki, hələ heç nə itirilməyib və dünyanın sivil cəmiyyətlərinə qovuşmaq üçün şanslarımız qalmaqdadır. Yetər ki, gec də olsa düzgün istiqamət müəyyənləşdirərək müstəqilliyimizin yeganə qarantı olan Qərbə inteqrasiya xəttinə birmənalı üstünlük verilsin. Əks halda suvernliyimiz əsrlər sürsə belə hər zaman tükdən asılı olacaq və Rus ayısının kaprizlərinə bağlanacaq. Buna yoil verməksə bağışlanmaz cinayət olardı. Ona görə də amerikalı diplomatın dediklərini süngü ilə qarşılamaq yox, nöqsanları düzəltmək üçün səlahiyyətlilər qollarını çırmamalıdırlar. Təbii ki, bunun üçün də ilk növbədə siyasi iradə lazımdır. Xalq Arzusu Hərəkatı bu iradə sahibinin öz mövcudluğunu hiss etdirməsini arzulayır, Azərbaycanın təhlükəsizliyinə cavabdeh bir şəxs kimi ondan təxirəsalınmaz addımlar atılmasını xahiş və tələb edir.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin