Ceyhun Bayramov Baş katiblə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Baş katiblə görüşdü - FOTO

46332

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ÜGT ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

MN-dən sərhəddəki döyüş əməliyyatları ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO


Nazir Ceyhun Bayramov qeyd edib ki, 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.

Nəticədə, bölgədə yaranmış yeni reallıqlar yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaradıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri, o cümlədən sözügedən beynəlxalq dəhlizlərin tərkib hissəsi olan Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı quruculuq işlərinə diqqət çəkilib.

Baş katib Kunio Mikuriya əvvəllər ölkəmizə səfərləri zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, o görüşlərin Azərbaycanla ÜGT arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verdiyini vurğulayıb. 

Görüş zamanı, həmçinin ÜGT ilə bir sıra yeni əməkdaşlıq təklifləri üzrə müzakirə aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin