Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov brifinq keçirib.
Bizim.Media-nın xəbərinə görə, o, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatlarla əlaqədar açıqlamalar verib.
Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb:
"Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur. Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".
Brifinqdən görüntüləri təqdim edirik:
Bizim.Media