Elnur Kələntərov istefa verdi

Hazırda oxunan: Elnur Kələntərov istefa verdi

46208
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti istefa verib . 

AzNews.az xəbər verir ki, federasiyanın vitse- prezidenti Elnur Kələntərov istefa qərarını bir müddət öncə verib: “Lakin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə bağlı keçirilən cüdo üzrə ”Böyük dəbilqə” turnirində üzərimə düşən vəzifələr vardı. Yarış başa çatdıqdan sonra qərarımı açıqladım”. 

E.Kələntərov Cüdo federasiyasında daha 3 vitse-prezidentin və kifayət qədər təcrübəli və peşəkar üzvlərin olduğunu, qurumun bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə inandığını vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin