Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini işdən çıxarılıb

Hazırda oxunan: Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini işdən çıxarılıb

46145
Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Nazirin digər əmri ilə  o, Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.  
 Xatırladaq ki, Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov aprel ayında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyində işlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin