Qarabağdakı terror aktının məsuliyyəti sülhməramlıların üzərinə düşür - POLİTOLOQ

Hazırda oxunan: Qarabağdakı terror aktının məsuliyyəti sülhməramlıların üzərinə düşür - POLİTOLOQ

45857

Qarabağdakı terror aktına görə məsuliyyət tamamilə Rusiya sülhməramlılarının üzərinə düşür. 

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında politoloq Əli Hacızadə yazıb.

Onun sözlərinə görə, bu hadisə onların regionda sülhün bərqərar olunmasında maraqlı olmadığını bir daha nümayiş etdirir:
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa yaxınlığında erməni terroru nəticəsində 3 azərbaycanlı hərbçi yaralanıb – RƏSMİ


“Döyüş əməliyyatları başa çatdıqdan sonra sülhməramlılar Ermənistan Silahlı Qüvvələrinin qanunsuz silahlı birləşmələrini tərksilah etmək və bölmələrini çıxarmaq əvəzinə onların qayğısına qalaraq, hərbi cinayətkarları qucaqlayıblar. Baş verənlər bu siyasətin nəticəsidir”.

Xatırladaq ki, bu gün səhər Şuşa şəhərinin aşağı hissəsində Norayr Mirzoyan adlı erməni terrorçu avtomobillə Azərbaycan postuna yaxınlaşaraq hərbçilərimizə tərəf qumbara atıb.

Nəticədə 3 hərbçimiz yaralanıb. Onların həyatı üçün təhlükə yoxdur.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin