Moderator.az-ın müsahibi Psixoloji Portretalogiya və Politologiya Mərkəzinin rəhbəri, politoloq Adıgözəl Məmmədovdur:
- Adıgözəl müəllim, regiondakı vəziyyəti bu gün necə şərh edərdiniz?
“Xəzər-Qara dəniz regionunda baş verən bütün siyasi proseslər “oyundan kənar” cərəyan edir, bu isə ən narahat doğuran məqamdır”. Baş verənləri Qərb və Rusiya əlaqələri kontekstindən qiymətləndirdikdə, o zaman görürük ki, proses ekspertlər, Qərb və xüsusəndə ABŞ strateqləri tərəfindən təhrik edilir. Rusiya ilə Ukrayna xalqını genealoji köklər, tarixi keçmiş və inancları bir-biri ilə bağlayır. Lakin təəsüflər olsun ki, bu gün cərəyan edən hadisələr “oyundan kənar” baş verir. Bu da, ən narahat doğuran səbəbdir. Rusiya üçün çıxış yolu qalmayıb və o hazırda küncə sıxılmış vəziyyətdədir. Rusiya ya özü-özünü dağıtmalı idi, ya da indiki kimi siyasət yürütməli idi. Çünki, onun başqa yolu yox idi. Rusiayaya vurulan zərbə Antiavrasiya siyasətinin tərkib hissəsi idi.
-Siz bir neçə dəfə müsahibələrinizdə slavyan-türk dünyasından söz açmısınız. Sizcə həqiqətənmi bu gün slavyan-türk istiqamətli siyasi kursun köməyi ola bilər?
-Bu gün əslində slavyan-türk əlaqələrindən danışmaq daha məqsədə uyğun olardı. Türkdilli və Slavyan coğrafiyasına əsaslanaraq, atlantizm və bütün Çinə qarşı yeni geosiyasi konstuksiya hazırlamaq olar. Əgər biz Avrasiya coğrafisına nəzər yetirsək, oranın böyük hissəsinin slavyan və türdilli xalqlara mənsub olduğunu görərik. Rusiyanın özü də, türk dilli xalqların muxtariyyətləri hesabına mövcuddur. Son zamanlar çox sayda azərbaycanlılar və Mərkəzi Asiyalılar Rusiyaya inteqrasiya etməkdədir. Moskvada gəzərkən, hər yerdə özbək və azərbaycanlıların danışıq səslərini eşitmək mümkündür. Buna görə də, demək olar ki, Rusiyada artıq yeni cəmiyyət formalaşmaqdadır. Rusiya bu gün slavyan-türk dövləti sayılır və ona endirilən zərbə, bir daha qeyd edirəm ki, Antiavrasiya siyasəti əleyhinə düşünülümüş siyasətdir. Rusiya və bizim regionun əleyhinə olanlar bu cür dələduzluğa əl ataraq, Avrasiya siyasətinə mane olmaq istəyirlər. Ukraynanın “sağ sektoru”-nun mərkəzlərdə yürütdüyü siyasət antirusiya, antiavrasiya və anticoğrafi siyasi təbliğata əsaslanır.
-Adıgözəl müəllim, regiondakı proseslərin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyini proqnozlaşdırırsınız?
- Proseslərin bir mənalı cərəyan etməyəcəyini demək olar. Burada əsas odur ki, Ukrayna xalqı hər şeyi tərəzinin gözünə qoymalı və düz yolu seçməlidir. Burada əsas rolu xalq oynayır. Bayaq da qeyd etdim ki, həmin xalq tarixi köklərlə Rusiayaya daha yaxındır. Ukrayna bir tərəfdən Rusiya və Slavyan dünyasına aiddir. Düşünürəm ki, əgər Kiyevin yeni hakimiyyəti Moskvanın qəraralarına önəm verməsə, bu Ukrayna xalqında şübhə və hüsumət hissi yaradacaq.
- Ukraynada keçiriləcək prezident seçkiləri haqqında nə düşünürsüz?
- Ukraynada keçiriləcək prezident seçkilərinin saxtalaşdırılacağını istisna etmək olmaz. Lakin hesab edirəm ki, Ukraynada keçiriləcək prezident seçkilərində xarizmatik olan namizəd seçilməlidir. Ukrayna xalqı məhz belə bir namizədi prezident kimi qəbul edə bilər. Ukraynada keçiriləcək növbədənkənar prezident seçkiləri 25 may tarixində olacaq. Seçkilərdə 21 namizəd prezident kürsüsü uğrunda mübarizə aparacaq. Amma içərilərində favorit demək olar ki, yoxdur.




























































































