Azərbaycan Gorus-Qafan yolundan erməniləri buraxmayacaq – “Diplomatik münasibətlər yoxdur”

Hazırda oxunan: Azərbaycan Gorus-Qafan yolundan erməniləri buraxmayacaq – “Diplomatik münasibətlər yoxdur”

45825

Noyabrın 11-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Azərbaycan tərəfi “gömrük postunun yaradılması”nın nə demək olduğu barədə hələ tam məlumat verməyib, lakin yoldan istifadəyə görə rüsumun tətbiq ediləcəyini güman etmək məntiqlidir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi


“Lakin problem ondadır ki, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdur və Ermənistan vətəndaşları öz pasportları ilə sərhədi keçə bilmirlər. Azərbaycan ərazisindən keçən yol boyu getmək üçün onlardan giriş vizası tələb etmək ehtimalı var.

Eyni səbəbdən İrandan malların daşınmasına da qadağa qoyula bilər. Bu cür məsələləri həll etmək üçün dövlətə sahib olmaq lazımdır, amma digər tərəfdən, dövlətimiz olsaydı, Zəngəzurda belə problem ortaya çıxmazdı və sadəcə olaraq gömrük məntəqəsi yaranmazdı”, - deyə qəzet qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin