İlham Əliyev Ermənistana açıq xəbərdarlıq etdi: “İrəvan Bakıya qarşı...”

Hazırda oxunan: İlham Əliyev Ermənistana açıq xəbərdarlıq etdi: “İrəvan Bakıya qarşı...”

45807

“Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Türkmənistan təşkilata müşahidəçi statusda (əvvəlcə tamhüquqlu üzv olacağı açıqlanmışdı) üzv qəbul edildi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində jurnalist Asif Nərimanlı yazıb.

Onun sözlərinə görə, Əliyevin İstanbul zirvəsində çıxışı da bir neçə kontekstdə maraqlı idi:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev sərt xəbərdarlıq etdi: "Ermənistan daha pis duruma düşə bilər"


“Birincisi, Ermənistana açıq xəbərdarlıq etdi: İrəvan Bakıya qarşı Qarabağ iddiasından əl çəkməsə, o cümlədən, Ankaraya qarşı ərazi iddialarına son qoymasa, daha pis duruma düşəcək.

İkincisi, Zəngəzur dəhlizinin türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracağı haqda dedikləridir”.

Jurnalist Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə keçirilən Naxçıvan Zirvəsində İlham Əliyevin Zəngəzurun türk coğrafiyasını parçalayan nöqtə olduğunu dilə gətirdiyini xatırladıb: “10 il sonra – 2019-cu il Türk Şurasının Bakı Zirvəsində bunu yenidən gündəmə gətirdi. Və bir il sonra baş verən II Qarabağ müharibəsinin nəticələrindən biri də dəhlizin açılması – türk coğrafiyasının parçalanmasının aradan qalxma imkanının yaranmasıdır. Müharibədən bir il sonra Əliyev türk düyasına “bu coğrafiyanı yenidən birləşdiririk” mesajını verir və bununla onların da prosesdə aktiv iştirakını istəyir.
 

Və zaman göstərir ki, 2009-cu ildə Zirvə görüşünün məhz Naxçıvanda – Türkiyə ilə Azərbaycanı ayıran, türk coğrafiyasını parçalayan Zəngəzurun sərhədində keçirilməsi gələcək strategiyanın tərkib hissəsi olub.


Üçüncüsü, Türkiyənin Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpasında da iştirak etdiyini deməklə, üçüncü tərəflərə “Türkiyə Qarabağdadır” mesajını verir”.

Asif Nərimanlı hesab edir ki, bu Zirvə görüşündə Türk Şurasının Türk Dövlətləri Təşkilatı adlandırılması, Türkmənistanın təşkilata gətirilməsi türk coğrafiyasının bütövləşməsi və bu coğrafiyada gücə çevrilməsinin başlanğıcı da hesab oluna bilər.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin