Ərdoğan: “Yunanıstan bütövlükdə ABŞ-ın hərbi bazasına çevrilib”

Hazırda oxunan: Ərdoğan: “Yunanıstan bütövlükdə ABŞ-ın hərbi bazasına çevrilib”

45718

“Mən Yunanıstandakı ABŞ hərbi bazalarını saymaqla bitirə bilmirəm. Onların sayı o qdəər çoxdur ki, sanki Yunanıstan bütövlükdə ABŞ-ın hərbi bazasına çevrilib”

Bizim.Media xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də mətbuata verdiyi açıqlamasında deyib.

Qeyd edək ki, Türkiyə lideri bu fikirlərilə ABŞ-ın Yunanıstanın Aleksandrupolisindəki (Dədəağaç) çoxsaylı hərbi obyektlərini nəzərdə tutub.

Ərdoğan əlavə edib ki, Yunanıstan dənizdəki qeyri-qanuni miqrantları ölümə məhkum edir:

“Bizdə onların hərəkətlərini göstərən bütün sübutlar var. Məhz Yunanıstan miqrantların qayıqlarını deşərək onları ölümə məhkum edir".

Bundan əlavə Türkiyə prezidenti Yunanıstana sərt ismarıc da yollayıb:

"Türkiyəni ittiham etməklə dünyanı aldada bilərsiniz, ancaq bizi əsla".

Qeyd edək ki, oktyabrın 20-də Yunanıstan rəsmiləri ölkələrində 4 yeni ABŞ hərbi bazasının yaradılması ilə bağlı rəsmi Vaşinqtonla razılığa gəldiklərini elan etmişdilər və bu hadisə ABŞ-ın Türkiyənin İncirlik və Kürəcik aviabazalarında hərbi kontingentini azaltması fonunda baş verir.

Məlumat üçün bildirək ki, sözgüedən razılaşmaya qədər Yunanıstanda ümumilikdə 4 ABŞ hərbi bazası fəaliyyət göstərib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin