Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında ÇIXIŞ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında ÇIXIŞ ETDİ

0:00
0:00
45540

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının səkkizinci iclasında çıxış edib.

Bizim.Media xəbər verir ki, nazir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün və göstərdiyi qonaqpərvərliyə görə Türkiyə Respublikasının xarici işlər naziri, qardaşım Mevlüt Çavuşoğluya təşəkkür edib.

Nazir bildirib ki, 2019-cu ilin 15 oktyabrında Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündə Azərbaycan təşkilata sədrliyi öz üzərinə götürüb. Azərbaycanın sədrliyi dövrü COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, təşkilat tam gücü ilə fəaliyyətini davam etdirib, həm üzv ölkələri arasında əməkdaşlıq daha da inkişaf etmiş, həm də təşkilatın beynəlxalq müstəvidə rolu artıb.

Bu dövr ərzində Özbəkistan Respublikası Türk Şurasının tam hüquqlu üzvü olmuşdur, Türkmənistan təşkilatda müşahidəçi statusu alır. 

Nazir Türk Şurası ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərinə xüsusi önəm verildiyini diqqətə  çatdırıb:

“Eyni zamanda, sözügedən təşkilatlar arasında əlaqələndirmə vacibdir, bu xüsusda Bakıda keçirilən sonuncu Zirvə Görüşü zamanı yaradılan koordinasiya şurasının işi daha da aktivləşməlidir”.
 

Ceyhun Bayramov çıxışının sonunda Türkiyə Respublikası Türk Dövlətləri Təşkilatının növbəti müddət üçün sədrliyini sabah öz üzərinə götürəcəyini bildirib.


Ceyhun Bayramovun çıxışının tam mətni ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin