Soçi görüşü niyə təxirə salındı? – Qabil Hüseynlidən ÖZƏL

Hazırda oxunan: Soçi görüşü niyə təxirə salındı? – Qabil Hüseynlidən ÖZƏL

45438

Üçtərəfli bəyanatın ildönümündə üç ölkə liderlərinin görüşü ehtimalı gündəmdən çıxıb. Çünki Dmitri Peskov da açıqlayıb ki, bu həftə belə bir görüş olmayacaq. Kreml rəsmisinin son açıqlamasından əvvəl Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da Soçidə toplaşacağı haqqında informasiyalar aktual olub. Ardınca görüşün bu həftə onlayn formatda baş tutacağı barədə məlumat yayılıb. 

Sual yaranır: Görüşün keçirilməsinə nə mane oldu?

Sabiq dövlət müşaviri Qabil Hüseynli görüşün keçirilməməsinin ilk səbəbi kimi Ermənistan tərəfinin destruktiv addımlarını önə çəkib. Bununla yanaşı, son zamanlar Ermənistanın daxilində situasiya o qədər də sabit və normal deyil. Belə ki, “Qarabağ klanı” və digər müxalif dəstələr Paşinyana təzyiq göstərirlər.

Bizim.Media-ya özəl açıqlamasında tanınmış politoloq bildirib ki, Soçidə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə mane olmaq üçün ermənilər əvvəlcə Şuşa ətrafında, daha sonra isə Kəlbəcərin Yellicə kəndi yaxınlığındakı Azərbaycan mövqelərini atəşə tutublar. Bu azmış ki, atəşkəsi pozan ermənilər günahı Azərbaycanın üstünə atmağa çalışırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL


Bütün bunlar üçtərəfli görüşün keçirilməsinə maneçilik törətmək üçündür. Qabil Hüseynlinin fikrincə, Rusiyanın özü də görüş üçün istəkli görünmür:

“Çünki Rusiya istəsə İrəvana təzyiq edərək görüşün baş tutmasını təmin edə bilər. Həm də Kreml bununla bağlı hər hansı izahat vermir. Bəzi versiyalara görə, üçtərəfli görüş onlayn formatda keçiriləcək. Mən buna inanmıram. Liderlərin belə məsul görüşlərini onlayn deyil, yalnız danışıqlar masası ətrafında reallaşdırmaq olar. Hər halda görüşün keçirilməməsinin əsl səbəblərini izah etmək asan deyil. Bu barədə nə Moskva, nə də İrəvan uyğun açıqlama verməyib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin