VoMA erməni terror təşkilatı sülhmramlılara qarşı TƏXRİBAT hazırlayır - VİDEOFAKT

Hazırda oxunan: VoMA erməni terror təşkilatı sülhmramlılara qarşı TƏXRİBAT hazırlayır - VİDEOFAKT

45412

Ermənistan tərəfinin “könüllülər” olaraq qeyd etdiyi, əslində isə ciddi hərbi təlim görmüş VoMA ("Voxj Mnalu Arvest"- Sağ qalmaq sənəti) terrorçu təşkilatı yenə öz destruktiv açıqlamaları ilə gündəmi zəbt edib.

Əslində təşkilatın Vətən müharibəsindən sonrakı fəaliyyəti haqqında dəyərləndirmə aparsaq onun fəaliyyətinin bu zaman ərzində susmadığını rahat şəkildə müşahidə etmək olar. Muzdlu döyüşçülərin və xarici ölkələrdən gətirilmiş terrorçu qruplaşmaların yer aldığı VoMA  son zamanlar isə açıq bəyanatlarla çıxış etməyə başlayıb. 

VoMA Telegramda olan kanalları vasitəsilə açıq-aşkar xalqı, bütün silahlı qüvvələri və “artsaxlılar” adlandırdıqları saxta erməniləri həm öz “əzəli torpaqları” uğrunda döyüşməyə, həm də Paşinyan hakimiyyətinə qarşı ayağa durmağa çağırışlar edirlər. 

Kanalda yayılan videogörüntülərdən birində VoMA terror təşkilatının qurulan düşərgəsində indiki günə qədər hərbi təlimlərinin keçirildiyinin şahidi olmaq mümkündür.
 

Məlumata görə, hərbi təlimlər Ermənistanın ehtiyyatda olan hərbiçiləri tərəfindən keçirilir.


Təşkilat öz terrorçu mahiyyətlərini ortaya qoyaraq düşərgədə xüsusi olaraq qadınlara və azyaşlı erməni uşaqlarına silah tutmağı, atəş açmağı öyrədirlər. Kanala yerləşdirilən görüntünü isə təşkilat bu cür şərh edir:

“Nə qədər ki, Ermənistanın istər qadın, istər kişi olmasından asılı olmayaraq, bütün vətəndaşları hərbi təlim almasa biz qurban olmağa davam edəcəyik. Hər hansı yaşayış məntəqəsi, istər kənd və ya şəhər keçilməz, gücləndirilmiş əraziyə çevrilməsə, (Nəzərdə Azərbaycan əraziləri nəzərdə tutulur) biz ölkəmizin ərazilərini itirməyə davam edəcəyik. Gəlin, bütün regionda millətin ordusuna və qalasına çevrilək. Ümid edirik ki, “artsaxlılar” tezliklə silahlanacaq və təlimlərə hazır olacaqlar”.

VoMA-nın telegram kanalında bundan başqa da təxribat dolu çağırışlar yer almaqdadır.

Kanalda olan istər videogörüntülərdən, istərsə də digər məlumatlardan da anlamaq olar ki, onlar Rus sülhməramlılarından da narazıdırlar. Təşkilat liderlərindən biri öz videomüraciəti zamanı rus sülhməramlılarının heç bir işə yaramadıqlarını iddia edir. Çağırışlarda qeyd olunur ki, rusiya sülhməramlıları ancaq evlərə düşüb əhalidən silah yığmaqla məşğuldur.
 

Terrorçunun fikirlərinə görə, bu vəziyyətdən çıxış yolu ancaq bütün Ermənistan əhalisini silahlandırmaqdır. 


Xaricdəki erməni diasporası ilə sıx əməkdaşlıq içərisində olduğunu qeyd edən VoMA bu elanları təkcə sosial şəbəkə vasitəsilə yayımlamır, təşkilatın üzvləri ölkə daxili və xaricində də bu cür çağırışlarla çıxış edirlər. VOMA habelə Azərbaycanla Ermənistan arasında heç bir sülh müqaviısinin imzalanmayacağını, müharibənin bitmədiyini və tezliklə bütün düşmənlərindən qisas alacaqları barədə də fikirlər səsləndirir. 

Qeyd edək ki, VoMA terror təşkilatı 2013-cü ildə xarici ianələr hesabına qurulub, lakin əsas fəaliyyəti 2016-cı ildə Aprel döyüşləri zamanı başlayıb.

VoMA erməni gənclərin döyüş qabiliyyətini artırmaq və onların hərbi hazırlığını təmin etmək məqsədi hər ildə 4 dəfə olmaqla Yeravanda və Azərbaycan ərazisi olan Qarabağda 10 günlük təlim kursları təşkil edirdi. Onların məqsədi Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlamaq idi.

Vüsalə Balayeva, Bizim.Media

 



 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin