Tofiq Zülfüqarov: "Cəmiyyətlərin barışıdırılması vacibdir” - VİDEO

Hazırda oxunan: Tofiq Zülfüqarov: "Cəmiyyətlərin barışıdırılması vacibdir” - VİDEO

45396

Azərbaycanın eks xarici işlər naziri Tofiq Zülfüqarov Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqerlə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə məqsəd erməni və Azərbaycan cəmiyyətləri arasında barışığa nail olmaq, yaxud da bu yöndə birgə səy göstərməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

“Dünyanın yarısı İrana qarşı Azərbaycanın yanında olacaq, əgər...” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ


Bu istiqamətdə isə Tofiq Zülfüqarov və ABŞ-ın Lixay Universitetinin professoru Armen Griqoryanın iştirakı ilə “Bir il sonra: Azərbaycan və Ermənistan arasında postmüharibə dönəmində gələcəyin qurulması” mövzusunda konfrans keçiriləcək.

Tofiq Zülfüqarov Cənubi Qafqazdakı postkonflikt mərhələdən də söz açıb. Barışıqdan öncəki ssenari, imzalanan və qol çəkiləcək sənədlərdən danışan eks xarici işlər naziri hər iki ökənin – Ermənistan və Azərbaycanın müəyyən öhdəliklərinin də olduğunu diqqətə çatdırıb.

Amma postsovet məkanındakı münaqişələrin özəlliyi var:

“Bu konfliktlər SSRİ dağılmazdan qabaq başlayıb. Ona görə də bu münaqişələr daha çox etnik xarakter daşıyıb”. 

Millətlərarası münaqişəyə görə çoxsaylı insanın öz yaxınlarını və evlərini itirdiyini deyən Tofiq Zülfüqarov bu səbəbdən də hər iki cəmiyyəti barışdırmağın iki dövləti barışdırmaqdan daha çətin olduğunu qeyd edib:

“Amma bu proses baş verməlidir. Çünki cəmiyyətlərin barışıdırılması hansısa razılaşmaların imzalanması qədər vacibdir”. 

Tofiq Zülfüqarov Ermənistan və Azərbaycan cəmiyyətlərini barışdırmağın çoxplanlı iş olduğunu da əlavə edib. Münhen Təhlükəsizlik Konfransı kimi digər nüfuzlu beynəlxalq təşkilatların da bu işdə vasitəçiliyi önəmlidir. Eks xarici işlər nazirinin fikrincə, ermənilərlə azərbaycanlıları barışdırmaq üçün bu yolu qət etmək lazımdır. 

Videonu təqdim edirik:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin