Rusiya əsirlərin mübadiləsi prosesinin tezliklə tamamlanmasına kömək edəcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla görüşü zamanı deyib.
O, ən vacib məsələnin əsirlərin mübadiləsi olduğunu vurğulayıb:
“Əsirlərin mübadiləsinin tez zamandan başa çatması üçün əlimizdən gələni edəcəyik. Biz bilirik ki, bu məsələ əsirlərin yaxınları üçün çox həssasdır və ən qısa zamanda həll edilməlidir”.
Lavrov, Rusiyanın Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə əlavə birdəfəlik ianə ayırmaq barədə qərarını xatırladıb.
O həmçinin bildiirib ki, Cənubi Qafqazın sabitlik bölgəsinə çevrilməsi üçün real şərtlər var:
"Cənubi Qafqaz ziddiyyətlər bölgəsindən sabitlik bölgəsinə çevrilir, Rusiya bunu təşviq etmək üçün əlindən gələni edəcək".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:56 / 07.12.2020
Lavrovdan Qarabağla bağlı AÇIQLAMA
Hazırda oxunan: Lavrovdan Qarabağla bağlı AÇIQLAMA
Hazırda oxunan: Lavrovdan Qarabağla bağlı AÇIQLAMA
4533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.