“Yeni üçtərəfli bəyanatın imzalanması artıq mümkün deyil” – Oleq Kuznetsovdan ÖZƏL ŞƏRH

Hazırda oxunan: “Yeni üçtərəfli bəyanatın imzalanması artıq mümkün deyil” – Oleq Kuznetsovdan ÖZƏL ŞƏRH

45263

Ermənistanla Azərbaycan arasındakı sülh prosesini qeyri-müəyyən adlandıran rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov yekun sülh sazişinin bu il imzalanmayacağını bildirib.

Onun fikrincə, üç ölkə liderinin görüşü ilə bağlı situasiya da bunu təqsdiqləyir.

Bizim.Media ilə özəl dialoq zamanı Kuznetsov əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistanın KİV-ləri uzun müddət bu görüşün reallaşacağını tirajlayıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Zəfər Günü, İrəvanda isə mitinq – Oleq Kuznetsovdan ÖZƏL ŞƏRH


Amma Kremlin mətbuat katibi Dmitri Peskov görüşün bu həftə videokonfrans formatında keçiriləcəyini deyib. Yəni, görüş publik xarakter daşıyacaq və pərdəarxası danışıqlar olmayacaq. Qanuniləşdirilməyən siyasi bəyanatlar gözlənilir:

“Müharibədən 1 il sonra yeni üçtərəfli bəyanatın imzalanması da artıq mümkün deyil. Çünki videokonfrans formatı belə fəaliyyətləri nəzərdə tutmur. Başa düşdüyüm qədər, görüş Ermənistan və Azərbaycanda ictimai, yaxud daxili siyasi gərginliyi azaltmağa xidmət edəcək”. 

Rusiyalı politoloqun sözlərinə görə, nə Ermənistan, nə də Azərbaycan bir-biri ilə mövcud gərginliyi genişləndirmək fikri yoxdur. Bu səbəbdən də Ermənistandakı etiraz aksiyalarının sülh prosesinə əngəl olması və ya təsir etməsi mümkün deyil:

“Əslində müxalifət hazırkı Ermənistan hökumətinin əlinə işləyir. Çünki etiraz aksiyaları İrəvana informasiya əsasları (bəhanə) verir ki, Paşinyan hökuməti Bakı və Kreml ilə aktiv qarşılıqlı əlaqələrdən imtina etsin.
 

Belə olan halda indiki hökumətin arqumenti olur ki, erməni xalqının çox hissəsi sülh danışıqları istəmir və Qarabağ iddiasından əl çəkməklə razı deyil. Bu isə danışıqların real fazasını yenə qeyri-müəyyən bir zamana qədər uzatmaq üçün kifayətdir”. 


Oleq Kuznetsov “yaxın zamanda yeni hüquqi sənədin imzalanması perpektivini görmürəm” sözləri ilə fikrini tamamlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin