“İranda bizi türk kimi qəbul edirlər” deyən Corc Meyson universitetində sosiologiya üzrə doktorant Sevil Süleymani canlı yayımda “azəri” məsələsinə də aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, cənubi azərbaycanlı xanım sosioloq İrandakı “azəri” terminin Azərbaycanda istifadə olunan “azəri”dən fərqləndiyini diqqətə çatdırıb:
“Bizə qarşı orada azərini “siz farslardan dönməsiniz” kimi işlədirlər. Ona görə də bunun qarşılığında cənubi azərbaycanlıların türk kimliyi daha güclü gəlir. Amma Azərbaycan bir vətəndaş üçün yenə də qürur qaynağıdır”.
MÖVZU İLƏ BAĞLI:
İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlər – SİYAHI + VİDEO
Sevil Süleymaninin fikrincə, Azərbaycanın II Qarabağ müharibəsində qələbə qazanması İrandakı türkçülük və azərbaycançılıq hisslərini daha da coşdurub:
“Bu isə kimlik məsələsini yenidən insanlara qaytarır. İndi artıq uduzmuş bir xalqın nümayəndəsi deyillər və azərbaycanlı olduqlarını deməyə utanmırlar. İranda yaşayan azərbaycanlı məğlub olmuş ölkəyə mənsub deyil. Çox rahat, başını uca tutaraq deyir ki, azərbaycanlıyam”.
Videonu təqdim edirik:
Bizim.Media