Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Prezidentin Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Yaşar Gülər, Türkiyə Respublikası Quru Qoşunları komandanı Musa Alsevər, Hərbi-Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və Hərbi-Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
MÖVZU İLƏ BAĞLI:
PREZİDENT: “Kimsə ermənilərin dərsini verməli idi, ya yox?” - VİDEO
Nazir Hulusi Akar prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırıb.
Dövlətimizin başçısı Ərdoğanın salamlarına və bayram təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib. Nazir, eyni zamanda öz adından da İlham Əliyevi təbrik edib.
Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Hulusi Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə birgə Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirib.
Bizim.Media