“Azərbaycanın düşməni bütün terror qruplarının dostudur” – İsrailli ekspert - FOTO

Hazırda oxunan: “Azərbaycanın düşməni bütün terror qruplarının dostudur” – İsrailli ekspert - FOTO

45127

“Bu gün Azərbaycanın Qarabağ uğrunda ədalətli, Vətən müharibəsində Qələbə Günüdür. Bizə dost olan ölkə, mehriban və qonaqpərvər, torpağında bir nəfər də olsun yəhudi öldürülməyən xalq, qürurlu Xəzər döyüşçülərinin ən layiqli nəsli 30 illik işğaldan sonra atalarının torpaqlarını geri qaytardı!”

Bizim.Media xəbər verir ki, bu sözlərlə israilli siyasi ekspert Mixael Finkel Azərbaycan xalqını təbrik edib.

O, bu barədə Facebook sosial şəbəkə hesabında paylaşım edim.
 

MÖVZU İLƏ BAĞLI:

Yəhudi EKSPERT: “İran Azərbaycana hücum etsə, qarşısında BU ÜÇ DÖVLƏTİ görəcək”


“Xeyirlə Şərin, Ədalətlə Qanunsuzluq, Həqiqətlə Yalanın arasında gedən bu müharibədə İsrail də yüksək səviyyədə iştirak etdi. 1200 il əvvəl  xaqan Bulan Xəzər xalqını yəhudi milləti ilə birləşdirdi və o gündən də Azərbaycanın taleyi İsrailin taleyi oldu. Azərbaycanın düşməni Avrasiyanın ən antisemit ölkəsi olan İranın müttəfiqi və bütün Fələstin terror qruplarının dostudur...”

Sonda M.Finkel “Qarabağ Azərbaycandır!” qeyd edərək Azərbaycan xalqına xoş sözlərini də çatdırıb. 

“Qarabağ Azərbaycandır! Çiçəklən, gözəl Xəzər ölkəsi! Uca Allahın salamı və bərəkəti üzərinizə olsun!”

Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin