Səxavət Məmmədovun oğlu qardaşından narazılıq etdi - Fotolar

Hazırda oxunan: Səxavət Məmmədovun oğlu qardaşından narazılıq etdi - Fotolar

45087
Mərhum xanəndə Səxavət Məmmədovla bağlı maraqlı məlumatlar üzə çıxıb. Belə ki, ATV-də yayımlanan "Öz aramızda" verilişinə dəvət olunan Şəhriyar adlı gənc xanəndənin ikinci nikahından dünyaya gəldiyini bildirib. 


 AzNews.az xəbər verir ki, o, ögey qardaşı Bəxtiyar Məmmədovu diqqətsizlikdə ittiham edib. Şəhriyar Məmmədov dolayısıyla əmisi Fehruz Səxavətdən də gileylənib. Hazırda atasının dostunun sürücüsü işlədiyini bildirən Şəhriyar uşaq yaşlarında çox çətinliklə üzləşdiyini deyib. Çıxışının sonunda Səxavət Məmmədovun repertuarından bir neçə mahnı ifa edən Şəhriyarın ifası isə eynilə mərhum sənətkarı xatırladıb. 

Qeyd edək ki, Səxavət Məmmədovun böyük oğlu Bəxtiyar Məmmədov Azərbaycanın Argentinadakı səfirliyində çalışıb və o uzun müddət AzTV-nin bir sıra uşaq verilişlərinin aparıcısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin