“Azərbaycan ruhunun gücü ilə Qarabağ problemini həll edib, artıq bu problem yoxdur, onu mövzu kimi gündəliklərdən də pozan götürüb silmək lazımdır”.
Bu fikirləri Bizim.Media-ya Ukrayna-Azərbaycan Ticarət evində verdiyi özəl müsahibəsində Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko səsləndirib.
İki ölkə arasındakı əlaqələrdə Ukrayna-Azərbaycan Ticarət Evinin rolunu xüsusi vurğulayan eks-prezident ümumi ticari dövriyyənin artırılması üçün görülən işlərdən də danışıb.
MÖVZU İLƏ BAĞLI:
Viktor Yuşşenko "Hərbi Qənimətlər Parkı"nda - FOTO
Yuşenko “COVİD-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda olmağından, Azərbaycanı 44 günlük müharibədə qazanılan Qələbədən sonra bir daha görməyindən böyük məmnunluq hissi keçirdiyini bildirib.
Müsair dünyada Azərbaycanın öz yerini əzimkarlığı, mübarizəsi və iqtisadi resursları ilə daha da möhkəmləndirdiyini deyən, eks-prezident Ukrayna-Azərbaycan əlaqələrinə də toxunub.
“Azərbaycan hər kəs üçün ancaq dost ölkədir, bunu belə də dəyərləndirmək lazımdır və bu ölkənin resurslarından dost kimi də faydalanmaq gərəkdir”.
Müsahibənin davamında Viktor Yuşenko dünyada hökm sürən bir çox problemlər haqda söhbət açıb.
Ukrayna-Azərbaycan Ticarət Evininin dəstəyi ilə eks-prezidentlə götürülmüş video müsahibəni təqdim edirik:
Bizim.Media