Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını təqdim edir:
- Milli Məclis 8 noyabr - Zəfər Günü bəyanatı ilə bağlı komissiya yaradıb.
- Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb.
- Ceyhun Bayramov: "Müharibədəki itkilərimiz müasir dünya tarixində ən aşağı rəqəmdir"
- OPEC+ alyansının qərarı fonunda neft bahalaşıb.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.
- Binəli Yıldırım İlham Əliyevə təsbeh hədiyyə etdi
- Hikmət Hacıyevdən Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış
- Azərbaycan səfiri: “Savaş döyüş meydanında bitib, masada başlayıb”
- ABŞ diplomatlarının İrəvana toplaşma səbəbi - “Onların yaratdığı QHT və KİV-lər İrana işləyir”
- Azərbaycan tarixində ən böyük amnistiya qərarı verilir
- Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
- Şuşanın son məzunları 30 il sonra öz məktəblərində görüşdülər
- Azərbaycan vitse-çempionu "Qarabağ" avrokuboklarda növbəti qazancını əldə edib.
- Ərdoğandan Qarabağ açıqlaması: “PUA-larımızla orda da varıq"
- Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
- Paşinyan sülhdən danışdı: “Düşmənçilik sona çatmalıdır”
- Azərbaycan boksçusu Loren Alfonso Dominges dünya çempionu olub.
- Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı açıqlama yayıb.
Bizim.Media