Ceyhun Bayramovdan Ermənistanla mümkün görüş barədə AÇIQLAMA 

Hazırda oxunan: Ceyhun Bayramovdan Ermənistanla mümkün görüş barədə AÇIQLAMA 

44646

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfi ilə görüşün olub-olmayacağı barədə məsələyə aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, Ceyhun Bayramov bu barədə Qlobal Bakı Forumunda jurnalistlərin sualına cavab verərkən danışıb. 

“Ermənistan-Azərbaycan arasında postmünaqişə dövrünə aid olan bir sıra məsələlər var. Burada həm nəqliyyat kommunikasiyalarının açılması, eyni zamanda Ermənistan-Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası keçirilməyib. Ümumilikdə bu, normal hal deyil.  
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir – Görüşün tarixi... 


Dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin sivil qaydaları var. Təbii ki, bu proses baş verməlidir.  

Bu və ya digər humanitar tipli məsələlərlə bağlı, mina xəritələrinin təhvil verilməsi və başqa mövzular var. Bir çox təşəbbüslər də var. Qonşu və böyük region dövlətləri tərəfindən də çoxsaylı təşəbbüslər var. Azərbaycan tərəfi danışıqlardan çəkinməyib. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa əsaslanır”, - deyə nazir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin