Allahşükür Paşazadə: "Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır"

Hazırda oxunan: Allahşükür Paşazadə: "Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır"

44611

"Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi dövründə öz geniş beynəlxalq əlaqələrindən istifadə edərək Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı hərbi cinayətlərini faktlarla ifşa edib”.

Bizim.Media xəbər verir ki, bunu QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. 

O bildirib ki, idarə erməni ekstremistləri tərəfindən dinc əhalimizə qarşı törədilən terror aktları, işğal olunmuş ərazilərimizdə yüzlərlə məscid, məbəd və kilsənin, minlərlə məzarlıqların dağıdılmasını, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılmasını və dini məbədlərin erməniləşdirilməsini, əsarətdə qalan məscidlərimizdə İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət əməlləri barədə dünyanın bütün nüfuzlu dini mərkəz və məqamlarını, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları çoxsaylı məktub və bəyanatları, keçirdiyi konfranslar vasitəsilə ətraflı məlumatlandırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Allahşükür Paşazadə səfirlə nələri müzakirə edib?


Şeyx qeyd edib ki, idarənin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla bərabər bu istiqamətdə genişşaxəli fəaliyyətinin bütün istiqamətləri, o cümlədən, erməni kilsəsinin dini-ideoloji müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyalarının qarşısının alınması yönündə apardığı miqyaslı mübarizə barədə Azərbaycan xalqı və dünya ictimaiyyəti bütün həqiqətləri bilməlidir: 

"Biz Uca Yaradan qarşısında borcumuzu, Vətən qarşısında xidmətimizi layiqli şəkildə həyata keçirməyimizdən qürur duyuruq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin