İsrail Türkiyədən üzr istədi

Hazırda oxunan: İsrail Türkiyədən üzr istədi

44492

İsrailin Ankaradakı səfirliyinin ictimai şəbəkə hesabından Prezident Ərdoğan və Prezident Bayden arasında baş tutan görüşlə bağlı dünən “Xarici İşlər F-35-lər yerinə İphone 13 Pro üçün çalışırlar” paylaşımı edilib.

Bizim.Media “turktime.com” saytına istinadən xəbər verir ki, bu gün İsrail səfirliyi həmin paylaşıma görə Ankaradan rəsmən üzr istəyib.

“Səfirliyimizə aid rəsmi ictimai şəbəkə hesabımız kiber hücuma məruz qalıb, hücuma müdaxiləmiz davam edərkən hesabımız vasitəsilə bir sıra uyğun olmayan fikirlər paylaşılıb.

Bu paylaşımın bizə aid olmadığını ictimaiyyətə açıqlamaqla hər cür uyğunsuzluğa görə, üzüntülərimizi ifadə edirik”, - deyə İsrail səfirliyi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin