İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır - VİDEO

Hazırda oxunan: İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır - VİDEO

44345

Bu gün sivil dünyada terrorçu sayılan bir sıra təşkilat və hərəkatlar gizli və ya açıq şəkildə Tehran tərəfindən himayə olunur. Minnətdarlıq olaraq ya İranın xarici siyasətini izləyirlər, ya da ruhani rejimin heç də həmişə incə olmayan müəyyən tapşırıqlarını yerinə yetirirlər. Amma İran təkcə terror təşkilatlarının deyil, həm də maraqları İranın maraqları ilə açıq şəkildə üst-üstə düşən bəzi dövlətlərin xeyriyyəçisi və himayədarı kimi də çıxış edir. Ermənistan da onlardan biridir. 

Bizim.Media xəbər verir ki, bu fikirlər “caliber.az” saytında yer alıb.

Nəşr yazır ki, bütövlükdə Cənubi Qafqaza, o cümlədən Azərbaycana gəldikdə isə, Tehran və İrəvanın maraqları bir-biri ilə sıx bağlıdır.

Azərbaycanın 44 günlük müharibədə sarsıdıcı qələbəsindən sonra regionda yaranmış geosiyasi vəziyyət nə Tehrana, nə də İrəvana uyğun gəlmədiyi üçün bu tandem intensiv şəkildə vəziyyəti yenidən onların xeyrinə dəyişməyə cəhd edir.

 

Məlumatlı mənbələrdən daxil olan informasiyaya görə, son vaxtlar İran və Ermənistan hərbi-texniki əməkdaşlığı genişləndirmək, İranın hərbi sənaye kompleksində işlənib hazırlanması və texnologiyalarını İrəvanda istehsal etmək istiqamətində fəal addımlar atır.



Bu kontekstdə İranın hərbi şirkətlərinin rəhbərlərinin Ermənistana səfərlərinin sayının artırılması və diplomatik kanallar vasitəsilə intensiv ünsiyyətin aparılması maraq doğurur.

Belə ki, bu ilin yanvarında İrəvanda İran ixrac və investisiya mərkəzinin açılması ilə bağlı tədbir təşkil olunub və burada müxtəlif təyinatlı PUA və lazer istehsalı üzrə ixtisaslaşmış İran şirkətlərinin nümayəndələri iştirak ediblər. 

Yanvar ayında Ermənistana səfəri zamanı bu şirkətlərin əməkdaşları bu ölkənin təhlükəsizlik strukturlarının nümayəndələri ilə görüşüblər.

Cəmi altı ay sonra, iyunun 28-də adıçəkilən şirkətlərin nümayəndələri İranın daha 50 nano-şirkətinin nümayəndələri ilə birlikdə yenidən İrəvana səfər ediblər. Səfər zamanı onlar Ermənistanın 120 texnologiya şirkətinin nümayəndələri ilə görüşüblər. Bundan əlavə, ayrıca seçilmiş 15 İran şirkəti rabitə və informasiya texnologiyaları üzrə ixtisaslaşmış 40 erməni şirkətinin nümayəndələri ilə işgüzar görüşlər keçirib. Onlar İrəvanın əsas texnoloji infrastruktur mərkəzlərində də olublar.

Daha ətraflı “caliber.az”ın hazırladığı video süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin