"Azərbaycanın 30 ildən sonra Ermənistanın işğalından azad etdiyi Qarabağa ikinci həyat gəlir. İşğalçı Ermənistan ordusu tərəfindən talan edilmiş Qarabağda minaların təmizlənməsi, əkinçilik sahələrinin mənimsənilməsi və bərpası ilə bağlı qızğın iş aparılır".
Bizim.Media xəbər verir ki, bu sözlər qardaş Türkiyənin "Sabah" qəzetində dərc olunan məqalədəndir. Türkiyə Prezident Administrasiyasında maliyyə dairəsi rəhbəri, prosesi yaxından izləyən şəxslərdən biri Göksel Asan qəzetə müsahibəsində bildirib ki, Türkiyə bu torpaqların yenidən dirçəlməsi üçün əlindən gələni edəcək: "Münasibətlərimiz olduğundan daha isti davam edir".
Əlavə edib ki, Vətən müharibəsi ilə Qarabağda erməni işğalına son qoyan və torpaqlarını yenidən azad edən Azərbaycan yenidən strukturlaşma prosesinə daxil olub.
Qarabağın yenidən qurulması layihələri ilə bağlı danışan Göksen Asan "Azərbaycan mənim ata-baba torpağım, Türkiyə mənim vətənimdir. Türkiyənin dəstəyi ilə Qarabağın işğaldan azad edilməsi ötən əsrin ən böyük hadisələrindən biridir. Azad edilmiş torpaqların bərpası prosesi başlayıb. Qarabağda heç nə, hətta ev də yoxdur. Ona görə də Azərbaycanın bu məsələdə ciddi köməyə ehtiyacı var" deyib (milli.az).
Bizim.Media