Rusiya Dağlıq Qarabağa xilasedicilər göndərdi

Hazırda oxunan: Rusiya Dağlıq Qarabağa xilasedicilər göndərdi

4425

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Dağlıq Qarabağda humanitar missiyanın yerinə yetirilməsi üçün pirotexnika, kinoloqlar və psixoloqlar göndərib.

Bizim.Media-ya xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən “TACC”-a bildirilib. Məlumatda qeyd olunur ki, Dekabrın 6-da Rusiyanın Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Moskvadan əlavə xilasedicilər qrupu ilə uçub.

Toplu qruplaşma “Lider” Mərkəzinin kinoloqlarından, pirotexnika və dağ-mədən işçilərindən, rabitəçilərdən, Noginsk Xilasetmə Mərkəzinin mütəxəssislərindən, həmçinin psixoloqlardan formalaşdırılıb.

Təyyarənin göyərtəsində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin Dağlıq Qarabağda fəaliyyət göstərmələri üçün zəruri avadanlıq və üç sərnişin avtobusu da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin