“Krım münaqişəsi artıq bitib”.
Bunu Moderator.az-a eksklüziv açıqlamasında İsrail Kəşfiyyatının eks-rəhbəri Yakov Kedmi Krım münaqişəsinin nəticələri barədə danışarkən deyib. Onun sözlərinə görə, Krım artıq Rusiyanın ərazisidir:
“Davadan sonra yumruq atmırlar. Əlbəttə bu və ya digər tərəfdən ictimaiyyətin diqqəti və əsəblərin bir qədər soyuması üçün müəyyən diplomatik hücumların olacağı gözlənilir. Lakin Krımın statusu praktiki olaraq, artıq dəyişilməyəcək ”.


































































































