Estoniyadan dəstək: “Mina xəritələrinin Azərbaycana verilməsi vacibdir” - FOTO

Hazırda oxunan: Estoniyadan dəstək: “Mina xəritələrinin Azərbaycana verilməsi vacibdir” - FOTO

44235

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniya-Azərbaycan Parlamentlərarası Qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan danışıb. 

O, iki ölkənin parlamentlərinin rəhbərləri arasında həyata keçirilən görüşlərin, eləcə də qarşılıqlı ikitərəfli səfərlərin vacibliyini bildirib. Nazir gələn ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu vurğulayıb və bununla bağlı müvafiq tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan və Estoniya arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini səsləndirib.

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verib. 

Estoniya-Azərbaycan Parlamentlərarası Qrupunun sədri Sven Sester ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Estoniya tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət ilə bağlı mövqeyin birmənalı xarakter daşıdığı vurğulanıb. 

Sven Sester azad olunmuş ərazilərin sürətlə inkişafı baxımından mina xəritələrinin təqdim edilməsinin vacib olduğunu bildirib.

O, səfəri çərçivəsində mövcud olan vəzyyətlə tanış olmaq məqsədilə azad edilmiş ərazilərə baş çəkəcəklərini və Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlarını bildirib.

Görüş zamanı qarşı tərəfə hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ilə bağlı məlumat təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin