Rusiyanın ordu generalı: “Qarabağ probleminin hərbi yolla həlli istisnadır”

Hazırda oxunan: Rusiyanın ordu generalı: “Qarabağ probleminin hərbi yolla həlli istisnadır”

44179

“Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır”. Moderator.az-ın məlumatına görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generealı Valeri Gerasimov bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüş zamanı söyləyib.


“Rusiya, Azərbaycan və Ermənistan üçün əsas məsələlərdən biri Qarabağ probleminin həllidir. Ki, irəliləmək mümkün olsun və vəziyyətin hərbi inkişaf variantı istisna edilsin”, - deyə rus general bildirib.

Öz növbəsində nazir Həsənov Rusiya ilə Azərbaycan arasında bütün sferalarda, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu, Minsk Qrupunun həmsədr dövləti kimi Rusiyanın konfliktin sülh yolu ilə tənzimlənməsinə yardımçı olacağına ümid elədiyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin