"Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə müşayiət olunub".
Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb.
"Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistan 1993-cü ildə Xocalı soyqırımı törədib, 613 nəfər günahsız dinc sakin vəhşicəsinə qətlə yetirib. Birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə yaxın vətəndaşımız itkin düşüb. İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub.
Ermənistan işğal edilən ərazilərimizdə ekoloji terror həyata keçirib, meşələrimizin 60 min hektarı məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib, zəhərləndirilib.
Qızıl yataqları və digər təbii yataqlar xarici şirkətlərin iştirakı ilə qeyri-qanuni istismar edilib. İşğal edilən ərazilərimiz narkotik maddələrin istehsalı və dövriyyəsi, beynəlxalq terrorçuların hazırlanması üçün geniş istifadə edilirdi. Ermənistan həmçinin, bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib.
Hazırda regionda yeni reallıq yaranıb. Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığın inkişafına əsaslı töhfə verəcək.
Hesab edirəm ki, bugünkü iclasda Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorluq Şurasının təsis edilməsi regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcək", - müraciətdə qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:22 / 01.11.2021
İlham Əliyev: “İşğaldakı ərazilərimiz terrorçuların hazırlanması üçün istifadə edilirdi”
Hazırda oxunan: İlham Əliyev: “İşğaldakı ərazilərimiz terrorçuların hazırlanması üçün istifadə edilirdi”
Hazırda oxunan: İlham Əliyev: “İşğaldakı ərazilərimiz terrorçuların hazırlanması üçün istifadə edilirdi”
44145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.