Azərbaycanlı əsirlərin İrəvanda öldürülməsi ilə bağlı yeni FAKTLAR - FOTO

Hazırda oxunan: Azərbaycanlı əsirlərin İrəvanda öldürülməsi ilə bağlı yeni FAKTLAR - FOTO

44057

Azərbaycanlı əsirlərin 1994-cü ildə İrəvandakı xəstəxanalardan birində öldürülməsi ilə bağlı faktlar yayımlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Twitter” istifadəçilərindən biri paylaşım edib.

Həmin vaxt əsirlikdə olan 23 nəfər azərbaycanlı Qırmızı Xaç cəmiyyətinin siyahısında yer alıb.

Ermənilər öldürülən 8 nəfərin nəşini Azərbaycana təhvil veriblər. Onlar sözügedən şəxslərin guya qaçış zamanı öldürüldüyünü bildirmişdi. 

Böyük Britaniyanın Dandi Universitetinin pataloqu Derrik Paunder isə bu iddiaları təkzib edən faktları sadalayıb.

O bildirib ki, öldürülənlərin üzərində işgəncə izləri olub. Onların altısı birbaşa başlarından atəş açılaraq öldürülüb. 3 nəfərə isə tapançanın lüləsi başlarına dirəndikdən sonra atəş açılıb. Əsgərlərdən biri yaxın məsafədən sinəsinə atəş açılaraq öldürülüb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin