Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını təqdim edir:
- “Mərkəzi Bankın özünün rəqəmsal valyutasının yaradılması layihəsi üzərində işlər gedir”.
- Tibb müəssisələrində artan qiymətlərin qarşısı alınacaq – MM qanun qəbul etdi.
- "Təhsil haqqında" qanun dəyişildi.
- Neftçalanın sabiq icra başçısı 10 il azadlıqdan məhrum edildi.
- Bu gündən Ermənistan vətəndaşları Avropa İttifaqına buraxılmayacaq.
- İcra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs olundu.
- Ermənilər Xocalıya ağır artilleriya toplayır – “Moskva və İrəvan Bakıya izahat verməlidir”.
- BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə bağlı dünya ölkələrinə çağırış edib.
- Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.
- “Facebook”un loqosu şirkətin baş qərargahında dəyişdirildi.
- Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışı emosional notlarla yadda qalıb.
- Zukerberqin qorxulu planı – “Meta” bəşəriyyətin sonunu gətirəcək?
- Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) bu ölkənin bayrağı ilə işıqlandırılıb.
- Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində qardaş ölkə Türkiyənin Cümhuriyyət Günü qeyd edilib.
Bizim.Media