Vətən Müharibəsinin 34-cü günü nələr baş verdi? - XRONİKA

Hazırda oxunan: Vətən Müharibəsinin 34-cü günü nələr baş verdi? - XRONİKA

43894

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin oktyabrın 30-na aid olan xronikasını təqdim edir.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. Döyüşlər əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı.

- Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Bərdəni atəşə tutan "Smerç" məhv edilməsinin videogörüntüsü yayılıb.

- Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.

- Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.

- Düşmənin raket-artilleriya silahları anbarı məhv edilməsinin videogörtüntüsü yayılıb.

- Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən videoreportaj hazırlanıb.

- Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 "Smerç" -in məhv edilməsinin videogörüntüsü yayılıb.

- Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə “Smerç” raketi atıb.

- Düşmənə dəqiq zərbələr endirilməsinin videogörüntüləri yayılıb. Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilməsinin videogörüntüsü yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin