Bu gün Türkiyənin ölkəmizdəki səfirliyində Cümhuriyyət Günü qeyd olunub.
Bizim.Media xəbər verir ki, rəsmi qəbulda Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Cahit Bağcı bildirib ki, Türkiyə qardaş Azərbaycanla “Bir millət, iki dövlət” fəlsəfəsinə və Şuşa Bəyannaməsinin hədəflərinə uyğun şəkildə münasibətlərinin daha da dərinləşdirilməsi, genişləndirilməsi üçün böyük səylə çalışır.
Tədbirdə səfir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaranmasının 98-ci ildönümü münasibətilə xalqa müraciətini oxuyub.
Rəsmi qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
Bizim.Media