Putin, Əliyev və Paşinyan noyabrın 9-da Soçidə görüşəcək – Rusiya mətbuatı

Hazırda oxunan: Putin, Əliyev və Paşinyan noyabrın 9-da Soçidə görüşəcək – Rusiya mətbuatı

0:00
0:00
43804

Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 9-da Soçi şəhərində görüşəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın "Oktaqon" nəşri yayıb.

Mənbə yazır ki, tərəflərin Qarabağdakı hazırkı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Erməni KİV-ləri isə bir az əvvəl Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən görüşü barədə məlumat yaymışdı, lakin Ermənistan Xarici İşlər Nazirliyi bu xəbəri təkzib edib.

Xatırladaq ki, Dağlıq Qarabağla bağlı ölkələr arasında münaqişə 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrıldığını elan etməsindən sonra başlayıb.

1992-1994-cü illərdə silahlı münaqişə zamanı Bakı o əraziyə və ona bitişik yeddi rayona nəzarəti itirib.

2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağ zonasında vəziyyət yenidən gərginləşib. 44 gün davam edən döyüşlərdən sonra Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş naziri atəşkəs haqqında bəyanat imzalayıblar. Bu il yanvarın əvvəlində Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılıb və bunun nəticəsində Dağlıq Qarabağın inkişafı ilə bağlı saziş bağlanıb.
 

İndi Qarabağda sakit həyat getdikcə yaxşılaşır, yeni obyektlər tikilir. O cümlədən, oktyabrın 26-da İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan səkkiz ay ərzində inşa edilən Füzuli beynəlxalq hava limanının açılış mərasimində iştirak ediblər. 


Atəşkəsə baxmayaraq, bəzən bölgədə lokal münaqişələr də baş verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin