“Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” qanunun layihəsi qəbul edilib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı Vatikanda səfirliyimizin açılmasının müasir siyasi reallıqlarda vacibliyi göz önünə gətirilib.
Azərbaycanın haqq işinin və dünyada tolerant bir ölkə olaraq mədəni-siyasi inteqrasiyasının sürətləndirilmısində bu addımın önəmli olduğu vurğulanıb.
Qanun layihəsi millət vəkilləri tərəfindən dəstəklənib və müzakirələrdən sonra qəbul edilib.
Qanunun Azərbaycan Prezidenti tərəfindən təsdiqindən sonra Vatikanda səfirliyimizin açılması planlaşdırılır.
Vüsalə Balayeva, Bizim.Media