“Qış qapıdadır, amma yerlərdə istiliklə bağlı əhalinin narazılığı artmaqda davam edir. Binaların isidilməsi çox bərbad haldadır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib. Deputat “Azəristilik” ASC tərəfindən verilən istiliyin əhalini qane etmədiyini vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq? - SİYAHI
“Bütün ölkə üzrə mərkəzi istilik sistemi bərpa edilməlidir. Lakin görək, “Azəristilik” ASC işinin öhdəsindən gəlirmi? Qazanxanalar tikilməlidir ki, vətəndaş istilik sistemindən lazımınca istifadə edə bilsin”.
O sonda bildirib ki, eyni zamanda dövlət qurumları mütləq gördükləri bütün işləri haqda cəmiyyətə vaxtaşırı hesabat verməlidirlər.
Vüsalə Balayeva, Bizim.Media