Putin-Əliyev-Paşinyan görüşünün mövzusu son günlər Ermənistanda ən isti və ən çox müzakirə olunan mövzudur.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Mənbə bildirir ki, bununla bağlı xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib ki, Rusiya-Azərbaycan-Ermənistan görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunarsa, Kreml bu barədə öncədən məlumat verəcək.
“Joxovurd” qəzeti bu mövzuda rusiyalı analitik Stanislav Tarasovla söhbət edib. O, belə bir görüşün keçirilməsinə ehtiyacın çoxdan yarandığını qeyd edərək, hazırlıq mərhələsində bu qəbildən olan görüşlərin tamamilə təbii olduğunu vurğulayıb.
“Aydındır ki, görüş keçirilməlidir. Eşitdiyimə görə, artıq buna hazırlaşırlar, amma hesab edirəm ki, gündəm o qədər də aydın deyil. Görünür, bəzi ideyalar var”, - Tarasov bildirib.
Onun sözlərinə görə, həm regionda, həm də tərəflər arasında vəziyyət kifayət qədər mürəkkəbdir, çünki bu proses üçün müsbət ilkin şərtlər yoxdur”, - qəzet bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:16 / 29.10.2021
“Putin-Əliyev-Paşinyan görüşünə ehtiyac var” - Rusiyalı analitik
Hazırda oxunan: “Putin-Əliyev-Paşinyan görüşünə ehtiyac var” - Rusiyalı analitik
Hazırda oxunan: “Putin-Əliyev-Paşinyan görüşünə ehtiyac var” - Rusiyalı analitik
43766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.