Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.
Bizim.Media xəbər verir ki, nazir təbrik mətnini rəsmi "Twitter" səhifəsində paylaşıb.
"Beynəlxalq münasibətlər sistemində nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir. Qardaş Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edir, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq", - Mikayıl Cabbarov qeyd edib.
Bizim.Media
?? ?? Beynəlxalq münasibətlər sistemində nümunəvi model olan #Azərbaycan-#Türkiyə birliyi #iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir…
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 29, 2021