Türkiyəli generaldan vacib açıqlamalar - EKSKLÜZİV

Hazırda oxunan: Türkiyəli generaldan vacib açıqlamalar - EKSKLÜZİV

4373

İlk hücumu Ağdamdan gözləyən ermənilər necə təslim oldu?

Bakıda səfərdə olan Türkiyəli general Yücel Karauz II Qarabağ Savaşı ilə bağlı vacib açıqlamalar verdi.

Bizim.Media vəd etdiyi kimi, hərbi ekspert Yücel Karauzdən 3 vacib məsələ ilə bağlı cavablandırmalar alıb, onlardan birincini sizə təqdim edirik:

Son zəfərimizin səbəbi kimi 4 mühüm amili diqqətə çəkən general vurğuladı ki, bu amillərdən birincisi güclü siyasi liderlikdir. Bu da ölkə başçısı Prezident İlham Əliyevin şəxsində özünü tam-tamına biruzə verdi:

"İkincisi dövlətin fəaliyyəti, apardığı dimplomatiyanın hər sahədəki uğuru, üçüncüsü milli birlik və bərabərlik, Azərbaycan xalqının yüksək vətənpərvərliyidir. Əlbəttə ki, 4-cü amil Azərbaycan ordusunun savaş əzmi və qərarlı olması, cəsarəti, vətən torpağını qanla sulayaraq, torpaqları vətənə çevirdilər. Şəhidlərin ruhu şad olsun".

Azərbaycan ordusunun vətən müharibəsində zəfər qazanması həm də hərbi strategiyanın 3 faktorunu düzgün qiymətləndirməsi ilə bağlıdır:

"Bu 3 faktordan biri, Azərbaycan coğrafiyadan yaxşı istifadə etdi. Belə ki, ordunuz həm bu coğrafiya, həm də düşmənə qarşı yaxşı taktikadan yararlandı. Diqqət etsəniz, savaş başlayanda Azərbaycan ərazicə daha aşağı mərtəbələrdə idi. Belə ki, mühüm yüksəkliklərin əksəriyyəti düşmən tutmuşdu. Düşmənin üstün mövqelərdə olması Azərbaycanı daha az itkili və müsbət nəticəli plan tərtib etməyə məcbur qoydu".

Generalın sözlərinə görə, rəsmi Bakının ordusu çevrə, hilal taktikası ilə hərəkətə keçdi. Ermənilər hücumu Ağdam və Şuşadan gözləyərkən:

"Azərbaycan ordusu ilk olaraq, Murov zirvəsini ələ keçirdi, düşmən üçün elə təəssürat yaradılmışdı ki, əks-hücum Ağdamdan başlayacaq, çünki seperatçılar ən güclü müdafiə xətti Ağdamda idi. Fəqət "Hilal" taktikasının bir parçası olaraq, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Laçın dəhlizinə nəzarət planı reallaşdırıldı".

Bununla da düşmənin müharibə əzmi sındı, həm də işğalçıların cəbhəsi yarılaraq, Şuşa ələ keçirildi deyən Y.Karauz Azərbaycanın modern və qüsursuz hərb taktikası həyata keçirdiyini bildirdi. Çünki bu strategiya ilə cəbhə yarıldı, hərbi hədəflər məhv edildi, ən əsası da düşmənin savaş əzmi əzildi ki, onlar təslim olmağa məcbur qaldı:

"Unutmaq olmaz ki, Azərbaycan torpaqlarının azad olunmasında çox gözəl HHM-hava hücumundan mühafizə və hava həmlələri reallaşdırıb. Burada müxtəlif uçuş aparatlarını qeyd etmək olar, elə erməniləri qorxudan PUA-ları da".

Bu hava hücumları imkan verdi ki, düşmənin bütün silah-sursatı məhv olunsun. Yücel Karauz Azərbaycanın həqiqət savaşında xüsusi təyinatlıların da rolunu yüksək qiymətləndirdi. Türkiyəli general döyüş uğurlarını "hava-hava taktikaları, PUA-lar və xüsusi təyinatlə əməliyyatları"nı modern hərbin örnək götürüləcək nümunəsi adlandırdı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin